QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 21:56
Azərbaycanda 63 yaşlı qadın bağırsaq əməliyyatına girsə də, həkim səhvən öd kisəsini çıxardı - VİDEO

Kürdəmirdə bir şəxs iddia edir ki, həkim onu səhv  əməliyyat edib. Kor bağırsaq sancıları ilə xəstəxanaya müraciət etsə də, həkim tərəfindən öd kisəsi götürülüb. Hətta bu azmış kimi xəstənin daxilində əməliyyat zamanı tibbi vasitələr qaldığı da iddia olunur. Səslənən iddialara xəstəxananın baş həkimi də münasibət bildirib.

Ağrılarından qutulmaq üçün əməliyyat oldu,ancaq vəziyyəti dahada ağırlaşdı. 

Söhbət Kürdəmir rayon Ərşəli kənd sakini 63 yaşlı Zeynəb Hüseynovadan gedir... 

O, 2020-ci ildə qrın boşluğunda olan kəskin sancılarla rayon ərazisində olan AS özəl kilinikasına müraciət edib. Xəstənin sözlərinə görə, müayinə zamanı ona  kor bağırsağında-apendisitində  iltihabın olduğu və bunun dərhal əməliyyat olunması deyilib.Əməliyyat Klinikanın baş həkimi Ağamir Ağayev tərəfindən olunub. Qadının iddiasına görə həkim onu səhv  əməliyyat edib.

Əməliyyatdan  bir neçə ay keçsədə Zeynəb Həsənovanın ağrıları yenidən kəskinləşib.Buna  görə o, yenidən adı çəkilən kilinikaya müraciət edir. Bu zaman onu  2-ci dəfə əməliyyat ediblər. Zeynəb Hüseynova  iddia  edir ki,əməliyyatdan sonra onun bədənində tibbi bint qalıb. 

Məsələ ilə bağlı Kilinikanın rəhbəri və həkim cərrahı Ağamir Ağayev səslənən iddalara belə cavab verdi.

Qadının  əməliyyat olunan yerinin aylardır sagalmaması məsələsinə gəldikdə isə həkim deyir ki,o pasiyentə təklif edib ki,gəlin baxaq. Lakin özləri sonradan başqa həkimə getmək istəyiblər...

Qeyd edək ki, Zeynəb Hüseynova başına gələn bu hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət  edib.


milliaz




Baxış sayı: 7889



OXŞAR XƏBƏRLƏR