QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 13:52
Koronavirusdan yeni sağalan idmançılar da olimpiadaya buraxıla bilər

Beynəlxalq Olimpiya Komitəsi (IOC) epidemiyaya qarşı qaydalarda dəyişikliklər üzərində işləyir.

Bu, koronavirus xəstəliyindən yeni sağalan idmançıların Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak etmələri üçündür.

Hazırda testlər və Oyunlara yollanma vaxtı arasındakı intervalın qısaldılmasının mümkünlüyü tibbi ekspertlər qrupu ilə müzakirə olunur. Belə bir addım yarış iştirakçılarının sayının artmasına imkan yaradacaq. IOC və Pekin-2022 Təşkilat Komitəsinin kompromis tapa bilməsi və bu cür idmançıların yarışlara buraxılmaları üçün analoji situasiyalara ayrıca baxılacaq. Lakin təhlükəsizlik başlıca amil kimi gözləniləcək.

Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Ümumilikdə 15 növ üzrə 109 medal sahibini tapacaq.




Baxış sayı: 259



OXŞAR XƏBƏRLƏR