QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 12:20
Hüseyndən xanımına qadağa: "Milyardlar versələr..."

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu həyat yoldaşı aktrisa Aysel İbrahimovaya etdiyi qadağadan söz açıb.

Qalanews lent.az-a istinadən xəbər verir ki, musiqiçi "Zaurla Günaydın" verilişində bildirib ki, xanımı el şənliklərində müğənni kimi çıxış edə bilməz: 

"Mən demişəm, yoldaşım yalnız konsertlər və dövlət tədbirlərində oxuya bilər. Başqa heç bir yerdə səhnəyə çıxa bilməz. Milyardlar belə təklif etsələr, bu mümkün deyil. Bu bizim ailə qanunlarımızdır". 

Onun sözlərindən sonra xanımı Aysel də fikirlərini bölüşüb: "Ümumiyyətlə, dövlət tədbirlərində uşaqlıqdan mahnılar oxuyurdum. El şənliklərində iştirak etməmişəm. Bundan sonra da istəmirəm. Çünki belə qərara gəlmişik". 

Qeyd edək ki, Hüseyn və Aysel ötən il evlənib. Onların bu nikahdan bir oğlu dünyaya gəlib. Bu, hər iki sənətçinin ikinci evliliyidir.




Baxış sayı: 416



OXŞAR XƏBƏRLƏR