QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Jan 2022, 19:09
Yanacaq daşıyan gəmilərə PUA-lar ilə hücum edildi - 3 tanker partladıldı


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi sahillərində yanacaq daşıyan 3 tankerdə partlayış baş verib.

Qalanews "Reuters" agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. 3 nəfərin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir. Polisin ehtimalına görə, tankerlər PUA-larla vurulub. Musaffa və Əbu-Dabi Beynəlxalq hava limanı ətrafında dron hissələrinin tapılması da bu ehtimalı gücləndirir. Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hadisədən sonra Əbu-Dabidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Lakin hadisə ərəfəsində Yəməndəki Husi üsyançıların Birləşmiş Ərəb Əmirliklərinə hücum təşkil etdiklərini açıqlayıb. Onlar hücumun detalları barədə məlumat verməyiblər.



metbuataz




Baxış sayı: 1626



OXŞAR XƏBƏRLƏR