az
Müğənni Gülşen yenə geyimi ilə gündəmə gəlib.
Qalanews axşam.az-a istinadən xəbər verir ki, İstanbulda məkanların birində səhnəyə çıxan ifaçı transparan paltar geyinib.
"New Arrivals" markasından olan geyim geyinən Gülşən rəqsləri ilə də yamaşaçıları əyləndirib.
Fotoları sosial şəbəkədə paylaşılan müğənni yenə tənqid atəşinə tutulub. İzləyicilər onun ünvanına "Bu qədəri də çoxdur" deyə, rəylər yazıblar.
Müğənninin həyat yoldaşı isə onun geyimlərinə qarışmadığını və bu geyimlərin ona çox yaraşdığını bildirib.
Baxış sayı: 3430