QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Jan 2022, 12:51
“Çelsi” 8 ildə 2 oyuna çıxan futbolçunu satdı

"Çelsi" klubu futbolçusu Lyuis Beykeri satıb.

Qalanews qafqazinfo-ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Stok Siti" klubuna keçib.

Bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb. Beykerlə 2.5 illik müqavilə imzalanıb.

"Çelsi"nin yetirməsi olan Beyker 2014-cü ildən əsas komandada çıxış edib. Yarımmüdafiəçi "zadəganlar"la 8 ildə cəmi 2 dəfə rəsmi oyuna çıxıb.

Beyker İngiltərədə "MK Dons", "Şeffild Uenzdey", "Ridinq", "Lids", Almaniyada "Fortuna", Türkiyədə "Trabzonspor", Niderlandda "Vitess" kimi klublarda icarədə olub.




Baxış sayı: 315



OXŞAR XƏBƏRLƏR