QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 Jan 2022, 14:08
İranda iki dəfə zəlzələ baş verib

İranda iki dəfə zəlzələ baş verib.

Qalanews İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, seysmoloqlar yeraltı təkanları İranın cənubunda 4,7 və 4,8 bal gücündə qeydə alıblar.

Qeyd olunur ki, 4,8 bal gücündə olan ilk zəlzələnin episentri Xark adasından 12 km cənub-qərbdə olub. Ocağı 20 km dərinlikdə yerləşib.

Məlumata görə, 4,7 bal gücündə ikinci zəlzələnin episentri Xark adasından 28 km kənarda olub. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.



report




Baxış sayı: 284



OXŞAR XƏBƏRLƏR