QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 Jan 2022, 14:20
İmmunoloq: “Omikron” ştamının daşıyıcısı eyni vaxtda 100-dək insanı yoluxdura bilər"

"Koronavirusun “Omikron” ştamının daşıyıcısı öskürdükdə və ya asqırdıqda, eyni vaxtda 100-dək insanı yoluxdura bilər".

Qalanews TASS-a istinadən xəbər verir ki, bunu immunoloq Vladimir Bolibok bildirib.

“Hesab edirəm ki, sadəcə söhbət etdikdə, nəfəs aldıqda və əsnədikdə ifraz olunan aerozolun tərkibində olan ağız suyu digər insanları yoluxdurmaq üçün kifayətdir. Öskürdükdə və ya asqırdıqda ifraz olunan ağız suyu isə birdən-birə 100 adamı yoluxdura bilər”, - o deyib.

V.Bolibok vurğulayıb ki, “Omikron” yoluxuculuq baxımından qızılcanı ötüb: “İndiyədək heç vaxt bu cür yoluxuculuq qeydə alınmayıb. Qızılca ən yoluxucu xəstəlik hesab olunurdu, amma “Omikron” bu baxımdan onu da arxada qoyub. Bu səbəbdən eyni zamanda, bu qədər böyük yoluxma saydı qeydə alınır”.




Baxış sayı: 278



OXŞAR XƏBƏRLƏR