Namaz vaxtları
Kateqoriyalar
MƏDƏNİYYƏT
867
08 Jan, 2022 23:19
Xalq artistinin qızının əkiz övladları dünyaya gəldi - "10 ildir ki, evdə oturmuşam"
Xalq artisti Fatma Mahmudova "Zaurla Günaydın" verilişinin qonağı olub. Məşhur aktrisa bu dəfə verilişə çox vaxt olduğu kimi təkk aktrisa-müğənni qızı Nigarla yox, eyni zamanda böyük qız övladı İntizarla təşrif buyurub.
Qalanews xəbər verir ki, aktrisa ilk dəfə bu övladını efirdə təqdim edib.
İntizar özü barədə məlumat verərkən bildirib ki, Azərbaycan Dillər Universitetini bitirdikdən sonra Londonda təhsilini davam etdirdib. Daha sonra ADU-da pedaqoji fəaliyyətini davam etdirib. O həmçinin Bakı Slavyan Universitetində də müəllim kimi çalışıb.
Fatma Mahmudovanın böyük qızı bildirib ki, "Mən ailə qurandan sonra - 10 ildir ki, evdə oturmuşam".
Qeyd edək ki, İntizar ailəlidir və Türkiyədə yaşayır. Onun 3 övladı var, ilk iki övladı əkizdir.
milliaz