QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 21:05
Nahidə paltarını lağa qoyanlara cavab verdi: "Burunlarını soxmasınlar"

"Bəzi insanlar həqiqətən öz fikirlərini yaxşı başa sala bilmirlər, cümlələrini düzgün seçə bilmirlər və ya sadəcə öz mənfəətlərini fikirləşirlər. Loru dildə desək, eşələyib başqa şeylər axtarmağı onlara yaraşdırmadım".
 
Qalanews xəbər verir ki, bu sözləri "Altın Kelebek"i qazanan müğənni Nahidə Babaşlı deyib.
 
O tənqidlərə belə cavab verib:  
 
"Amma tənqidə açıq insanam. Səhnə fəaliyyətimə başladığım ilk günlərdən bu söz-söhbətlər heç bitmir. Çox başım ağrıdı. Həm Türkiyədə fəaliyyət göstərməyim, türk dilində mahnı yazıb-oxumağıma görə... Mən bir yerdən sonra dedim ki, "bəsdir də, özünü yorma, heç kimə özünü zorla bəyəndirə bilməyəcəksən”. Bir şey tapmaq istəyən həmişə nəsə tapıb deyəcək. Ona görə mənim heç özümü yormağımın mənası yoxdur. Belə neqativ insanların mənim nailiyyətimə kölgə salmasına heç vaxt icazə vermərəm. Başqasının həyatına burunlarını soxmasınlar".




Baxış sayı: 522



OXŞAR XƏBƏRLƏR