QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 07 Dec 2021, 10:15
"Guya mən bir ailəni dağıtmışam”

"Biz pandemiyadan əvvəl həqiqətən də gözəl yaşamışıq. Əlimdə bir az pul saxlamışdım, onu da restoranımın təmirinə xərclədim. Heç vaxt qızıl alıb saxlamamışam ki, düşən günümdə xərcləyim. Ümumiyyətlə qızılla, bəzək əşyaları ilə aram elə də yoxdur. İnsan var-dövləti ilə fəxr etməməlidir. Çünki var dediyin sənin deyil, o bir anın içində yox ola bilər. Ona görə də var-dövlətə "mənimdir" demək düzgün deyil. Sənin olan iki şey var: yaxşılıq və pislik. Efir vasitəsilə evlərini, var-dövlətlərini, bahalı geyimlərini nümayiş etdirirlər. Çoxu da o dəqiqə bilinir ki, kiməsə acıq verir. Şükür ki, elə şeylər məndən uzaqdır. Hər zaman tamaşaçılarımın qarşısına sadə çıxmışam, hər zaman da elə olacağam. Cəhənnəmdə cənnət yaratmamışam ki?! Tamaşaçı mənim səsimə qulaq asıb, sənətimə baxmalıdır. Sənət adamı sənət göstərməlidir, geyim yox. Geyimə, bəzək-düzəyə baxan adam gedib elə modelə baxsın da".

Qalanews xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra bu günlərdə Atv kanalında aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Bir dəqiqə" verilişindən də danışıb. Aşıq bildirib ki, həmin verilişdə iştirak etməklə çox böyük səhv edib:

"Bu verilişə mən nifrət etdim. Aparıcı söz arası məndən soruşdu ki, ay Zülfiyyə xanım, məktəb illərində sizi istəyən olub? Dedim ki, hə, olub. Sonra dedi ki, olarmı o oğlanla görüşəsiz? Dedim ki, həmin oğlan artıq həyatda yoxdur, eşitmişəm ki, müəmmalı şəkildə özünü öldürüb. Onu anonsda elə düz-qoş etdilər, belə çıxdı ki, oğlan özünü mənə görə öldürüb. Anonsu elə yığıb efirə vermişdilər ki, guya mən bir ailə dağıtmışam! Aparıcıya zəng edib, iradımı bildirdim! Dedim ki, ayıbdır! Zərrə-zərrə qazandığım hörməti itirməyimi istəyirsiniz? Başa düşənlər təbii ki, başa düşür, amma başa düşməyən tamaşaçılar da var ki, verilişə baxmır, anonsu izləyib tənqid edirlər. Bu veriliş sənət adamına ləkə yaxmaqdan başqa bir şeyə yaramır! Məni nə vaxt bir də o verilişə çağırsa abırını ətəyinə bükərəm! O ki qaldı ağlamağıma, anamın və şəhid analarının görüntülərini efirə vermişdilər. Məni ağladan onlar idi. Amma burada elə çıxdı ki, mən keçmişimə ağlayıram! Mənə sual verdi ki, Zülfiyyə xanım, ağır dərddir? Dedim ki, Zaur elə demə! Yaranan bir gün gəlib, bir gün getməlidir, amma elə dərd var ki, öz dərdindən utanır. Anonsu verir ki, aşıq Zülfiyyə kimin ailəsini dağıtdı? O dəqiqə arxasınca bu söz gedir ki, "mən utanıram". Ayıb və ar olsun sizə! Veriliş çox gözəl alınmışdı, amma anonsu vermə də elə!  Tamaşaçı daha sonra qınayır ki, biz bunu ağıllı qadın bilirdik, sən demə, bunların hamısı belədir ki. İnanın ki, bu hadisəyə oğlum da, yoldaşım da çox əsəb keçirdi", - deyə aşıq bildirib.




Baxış sayı: 264



OXŞAR XƏBƏRLƏR