QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 12:56
Komitə sədri: "ABŞ Rusiyaya müttəfiqlərinin çox olduğunu göstərməlidir"

“ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə danışıq zamanı əzələ nümayiş etdirməyə cəhd göstərməməlidir”.

Qalanews  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı qüvvələrin işi üzrə komitəsinin sədri Adam Smit bildirib.

“Vladimir Putini əzələ oynatmaqla Şərqi Avropada hərbi yolla onlara qarşı müqavimət göstərəcəyimizə və qələbə qazanacağımıza inandırmağa cəhd etmək olmaz. ABŞ Rusiyaya göstərməlidir ki, çox sayda müttəfiqi var və rəsmi Moskvanı iqtisadiyyatı bahasına məcbur etməyə hazırdırlar", - o qeyd edib.

Konqresmen deyib ki, ən təsirli vasitə Ukraynaya hərbi yardımın göstərilməsi və Rusiyanın sanksiyalarla hədələnməsi olar: "Hərbi əməliyyat təhlükəsi Rusiyanı təhrik edə və ya ilk növbədə hərəkətə keçməyə bəhanə verə bilər. Amerikalılar Rusiya ilə döyüşmək istəmir. Bunu nəinki mən, heç Amerika xalqı da istəmir”.

Qeyd edək ki, dekabrın 7-də ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında onlayn formatda danışıq olacaq.




Baxış sayı: 273



OXŞAR XƏBƏRLƏR