QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Dec 2021, 17:12
ABŞ-ın 10 ştatında koronavirusun "Omikron" ştamı aşkarlanıb

ABŞ-ın azı 10 ştatında koronavirusun "Omikron" ştamına yoluxma faktı qeydə alınıb.

Qalanews "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin hesablamalarından məlum olub. 

Nəşr bildirib ki, virusun yeni ştamına yoluxma hallarının əksəriyyəti Afrikanın cənubuna səfər etmişlərdə qeydə alınıb. Lakin azı Havay və Minnesota ştatlarında "Omikron" ABŞ-ı tərk etməmiş pasiyentlərdə aşkarlanıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin statistik məlumatına əsasən, son günlərdə ölkədə yoluxma halları artır. Dekabrın 2-də ABŞ-da 138,4 min yeni yoluxma faktı qeydə alınıb, halbuki bazar ertəsi bu göstərici 102 minə bərabər idi.




Baxış sayı: 263



OXŞAR XƏBƏRLƏR