QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2021, 21:10
Əli Əsədov dizel yanacağı ilə bağlı qərar imzaladı

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası"nı təsdiqləyib.

Qalanews bildirir ki, qərara əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara qaydaya uyğun subsidiya ödənilməsini Maliyyə Nazirliyi ilə birlikdə təmin etməli, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara verilən subsidiya barədə illik icmal hesabatı növbəti ilin 1 fevral tarixinədək Nazirlər Kabinetinə təqdim etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 2022-ci ilin 15 fevral tarixinədək Nazirlər Kabinetinə təqdim etməli, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərarla müəyyən edilmiş müddəalar əsasında Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görməlidir.

Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası"na əsasən, sərnişinn daşıyıcılarına ödənilən subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25%-i qədər hesablanır.

Ödəniş aşağıdakı məbləğlərdən çox olmamalıdır:

- müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7%-i qədər;

- müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3%-i qədər;

- müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5%-i qədər.

Subsidiya "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 4 yanvar 2021-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixdən "İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 30 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.




Baxış sayı: 287



OXŞAR XƏBƏRLƏR