QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Dec 2021, 14:30
Laçının iqtisadi potensialı

Laçının azadlığa çıxmasından 1 il ötür. 28 il yağı əlində qalan, talanıb-dağıdılan Laçında cəmi bir il ərazində xeyli ilər görülüb.

Sürətli inşaat işləri ilə yanaşı, yeni və fərqli təyinatlı infrastruktur layihələrin həyata keçirilməsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının yüksək iqtisadi potensialından xəbər verir.

Rayonun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı da bu baxımdan bölgənin sosial-iqtisadi inkişafına, turizm potensialına təkan verəcək.

1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan Laçında işğal zamanı 13 min 745 yaşayış evi qarət edilərək yandırılsa da, rayona ümumilikdə 7.1 milyard ABŞ dollarından çox ziyan dəysə də, Laçın yenə də öz gözəlliyini və əsrarəngizliyini itimədi. Şimaldan Kəlbəcər, Şərqdən Xocalı, Şuşa və Xocavənd, Cənubdan Qubadlı, Qərbdən isə Ermənistanla sərhəd olan Laçın dünyada nadir dəmirağac meşələri, 300-400 il yaşında qırmızı palıd ağacları, mineral sular, müxtəlif rəngli mərmər yataqları ilə zəngindir.

Keyfiyyətli su mənbələri, 20-dən çox müalicə əhəmiyyətli bulaqlar da mövcuddur bu yerlərdə. Mineral bulaqlardan vaxtilə müalicə məqsədi ilə istifadə edilirdi. Bu isə onu deməyə əsas veririr ki, Laçının turizm imkanları da olduqca genişdir.

Beləliklə, azad edilən bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açacaq.




Baxış sayı: 258



OXŞAR XƏBƏRLƏR