QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2021, 18:33
Ermənistanda elektrik enerjisinin qiyməti bahalaşa bilər

"Ermənistanda elektrik enerjisinin qiyməti 2022-ci ilin fevralından bahalaşa bilər".

Qalanews “Hraparak”a istinadən xəbər verir ki, bunu Ermənistanda İctimai xidmətin tənzimlənməsi üzrə Komissiyanın sədri Qaregin Baqramyan bildirib.

Onun sözlərinə görə, təbii qazın qiymətinin bahalaşması müqavilələrdən asılıdır. Razdan Atom Eelektrik Stansiyasının 5-ci bloku üzrə bağlanacaq müavilənin buna təsir edəcəyi istisna olunmur: “Bunlar bir-biri ilə bağlıdır. Ehtimal edirəm ki, başqa amillər də var”.

Xatırladaq ki, Ermənistan elektrik enerjisi və təbii qaza olan ehtiyacını İran və Rusiya vasitəsilə təmin edir. Rusiya Ermənistana min kubmetr qazı 165 dollar satır. İran hər il Ermənistana 400-500 milyon kubmetr “mavi yanacaq” ixrac edir. İslam Respublikası bu ölkədən bir kubmetr qaz görə 3 kilovat/saat elektrik enerjisi alır.




Baxış sayı: 262



OXŞAR XƏBƏRLƏR