QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2021, 14:38
Amnistiya Aktı ilə Bakıda azad edilən məhkumların sayı açıqlanıb

"Bu günə qədər Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmələrə verilən təqdimatlar əsasında cəzalarının qalan hissəsindən azad ediliblər".

Qalanews xəbər verir ki, bunu Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.

Onun sözlərinə görə, 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib: "Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlşadırılması cəzasına məhkum olunan şəxslərdir".

İdarə rəisi bildirib ki, Amnistiya Aktı əsasında cəzadan olunan məhkumlardan 92 nəfəri qadın, 558 nəfəri kişi, 47 nəfəri 60 yaşına çatmış şəxslər, 2 nəfəri isə Vətən müharibəsində iştirak edənlərdir.




Baxış sayı: 244



OXŞAR XƏBƏRLƏR