QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Nov 2021, 13:17
Gələn ildən abonentlər qaz pulunu sosial şəbəkələr üzərindən yükləyə biləcək

Gələn ildən “Azəriqaz” İstehsal Birliyinin təsdiq etdiyi smart-kart tipli sayğacları onlayn sayğaclar olacaq.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda bunun üzərində iş gedir: “Onlayn sayğaclar hesabına abonentlər sosial şəbəkə üzərindən ödənişi yükləyə biləcəklər”.

R. Əliyev bildirib ki, bundan da başqa, istehsalatda olan köhnə smart-kart tipli sayğacları “card reader” ilə əlaqələndirilicək: “Bu “card reader”ləri “ASAN Xidmət” Mərkəzlərində və yaxud texnologiyalar satılan mağazalardan əldə etmək mümkün olacaq. Bu “card reader”in proqram təminatını “Azəriqaz” təmin edəcək. Bu proqramı da abonent istənilən mobil telefona və ya kompyüterə yükləyərək həm özünün, qonşunun və istənilən yaxının qaz kartına ödənişini yükləməklə həyata keçirə bilərlər”.




Baxış sayı: 274



OXŞAR XƏBƏRLƏR