QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2021, 14:16
Səfər Mehdiyev: “Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gömrüyün üzərinə mühüm vəzifələr düşür”

"İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir".

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşündə bildirib.

S.Mehdiyev iki qardaş ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrindən məmnunluqla söhbət açıb. O vurğulayıb ki, hər iki dövlət rəhbərinin siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Komitə sədri Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında iki ölkənin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Bu yaxınlarda qardaş ölkəyə işgüzar səfərini xatırlayan Komitə sədri İzmir şəhərində türkiyəli həmkarı ilə keçirdiyi görüşün qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verdiyini bildirib, eləcə də səfər çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında imzalanan sənədin ölkələrimiz arasında ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

C. Bağçı Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə növbəti görüşə görə təşəkkürünü bildirib, ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqliyinin nümunə olduğunu qeyd edib. Səfir Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin yaxından iştirak etməsindən məmnunluğunu ifadə edib, eləcə də iki ölkənin gömrük orqanları arasında əməkdaşlıqdan razılıqla söhbət açıb, iqtisadi-ticarət münasibətlərinin daha da inkişaf etdiriməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.




Baxış sayı: 262



OXŞAR XƏBƏRLƏR