QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Nov 2021, 13:43
Bakıda ibtidai sinif müəllimi faciəvi şəkildə öldü: Təfərrüat - FOTO...
Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində ağır yol qəzası baş verib.

Sürətlə hərəkət edən minik avtomobili 1962-ci il təvəllüdlü Kazımova Təranə Ağaməmməd qızını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Qeyd edək ki, vəfat edən qadın Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimidir və səhər saatlarında 7-ci mikrorayonda yerləşən məktəbə gedərkən faciəvi hadisə ilə üzləşib. Onun vəfat etməsi səbəbindən rəhbərlik etdiyi sinifdə dərslər keçirilməyib.

Onu da qeyd edək ki, T.Kazımovanın 39 illik pedaqoji fəaliyyəti olub.

Faktla bağlı araşdırma aparılır.
 
//Publika.az



Baxış sayı: 1294



OXŞAR XƏBƏRLƏR