Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
Polşanın Konstitusiya Məhkəməsi abort qadağasının sərtləşdirilməsi haqda qanunu təsdiqləyib. Qalanews Ria novosti-ə istinadən xəbər verir ki, hökumət bunu dölün inkişafının ağır pozuntuları səbəbindən hamiləliyin dayandırılmasını qadağan edən oktyabrın 22-də bəyan edilən qərar ilə əsaslandırıb.
1993-cü ildən Polşada abortlar qadağan edilib. İstisna yalnız o hallarda mümkün idi ki, hamiləlik qadının həyatı və ya sağlamlığı üçün təhlükə yaradır, onda dölün inkişafının və ya sağalmaz xəstəliyin ağır və dönməz pozulması ehtimalı yüksəkdir, və ya hamiləlik, zorlanmadan sonra baş verib.
2020-ci ilin oktyabr ayının sonunda Polşanın Konstitusiya Məhkəməsi qərara aldı ki, dölün inkişafının pozulması səbəbindən baş verən abortlar Polşa Konstitusiyasının bəndlərinə uyğun gəlmir. Nəticə etibarı ilə Polşada abortun keçirilə biləcəyi yalnız iki səbəb var: hamiləliyin davam etdirilməsi nəticəsində bir qadının həyatı üçün təhlükə və qeyri-qanuni hərəkətlər səbəbindən hamiləlik.