Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
İtaliyanın "Milan" komandasının futbolçusu Mateo Musakkio "Latsio"ya transfer olunub.
Qalanews klubun rəsmi saytına istinadən xəbər verir ki, Roma təmsilçisi tibbi müayinədən uğurla keçən argentinalı müdafiəçi ilə müqavilə imzalayıb.
Amma sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, bu mövsüm "Milan"ın heyətində cəmi 2 görüşdə meydana çıxan Musakkio Argentina millisinin də formasını geyinib. "Qırmızı-qaralar" 31 yaşlı oyunçunu 2017-ci ildə İspaniya "Vilyarreal"ından 18 milyon avro təzminat qarşılığında transfer etmişdi.