Namaz vaxtları
Kateqoriyalar
Günün xəbər mənzərəsi
İraqa parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin nümayəndəsi Əli əl-Kanemi hava hücumundan müdafiə sahəsində əlavə qrupların qurulmasının zəruriliyi barədə danışıb. İraq parlamentində qeyd edirlər ki, Amerika kontingentinin əsas hissəsinin çıxarılması ilə İraq, "özünü müstəqil müdafiə etməyi öyrənməlidir".
Qalanews “The guardian” qəzetinə istinadən xəbər verir ki, bununla yanaşı, ABŞ-ın özü rəsmi Bağdada hava hücumundan və raket hücumundan müdafiə sistemlərini inkişaf etdirməyə mane olur.
Deputat Əli əl-Kaneminin sözlərinə görə, ABŞ-rı İraqa Rusiyadan S 300 sitemlərini almağa qadağa qoyub.
Əli əl-Kanemi: “Biz bu yanaşmanı pisləyirik. ABŞ İraqın işinə müdaxilə edir. Bu, yolverilməzdir. Biz öz ölkəmizin təhlükəsizliyini təmin etməliyik və buna görə də kiminsə buna mane olmağa çalışması çox qəribədir. Xüsusilə qəribə bir haldır ki, bu, özünü müttəfiq adlandıran dövlət tərəfindən həyata keçirilir. Bax, bizim belə bir müttəfiqimiz var.”
İraqın Müdafiə Nazirliyində uzun müddət Rusiya ilə S-300 ZRK-nın tədarükü ilə bağlı danışıqların aparıldığı, lakin məsələnin həll olunmadığı barədə məlumatlar təsdiqlənib, çünki İraq hökumətinə ABŞ tərəfindən təzyiqlər göstərilib.
“Vaşinqtonun sanksiyaları ilə hədələnirik. Nə üçün? Özümüzü qorumaq istədiyimiz üçün? Biz dünyanın istənilən ölkəsindən istənilən silahı idxal etmək hüququna malikik, bu, bizim seçimimiz olmalıdır” deyə əl Kanemi bildirib.
-
Türkiyə XİN Bağdaddakı terroru pisləyib
Yazar QalaNews 14:39 -
ABŞ-da etirazlar davam edir
Yazar QalaNews 12:00