az
İran nümayəndə heyətinin ABŞ ilə aparılan danışıqları tərk etməsi barədə xəbərlər təkzib olunub.
Bu barədə tanınmış jurnalist Barak Ravid özünün “X” sosial şəbəkə hesabında məlumat paylaşıb:
“İranlılar heç yerə getməyiblər, onlarla ABŞ arasındakı müzakirələr hazırda da davam edir”.
Jurnalist mövzu ilə bağlı başqa təfərrüat açıqlamayıb.
Bununla belə, QalaNews agentliyinin diplomatik mənbəsi iddia edir ki, İran heyəti görüş yerini müvəqqəti tərk etsə də, rəsmi olaraq diplomatik prosesə yekun vurmayıb.
Xatırladaq ki, daha əvvəl Qətər Xarici İşlər Nazirliyi İsveçrədə ABŞ, İran və Pakistan arasında kritik danışıqların başladığını elan etmişdi. Lakin ABŞ Prezidenti Donald Trampın İranın Livandakı qruplaşmalarına qarşı “ağır zərbələr endirə bilərik” təhdidindən sonra rəsmi Tehranın etiraz olaraq masadan durduğu iddia edilmişdi.
Baxış sayı: 141