QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 17:07
De Byazinin sabiq köməkçisi: "Azərbaycan millisində iki gözəl il keçirdim"
"Azərbaycan millisində iki gözəl il keçirdim".

"Qalanews"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone "The Sun" nəşrinə açıqlamasında deyib.

Hazırda ölkəsinin "Paviya" klubuna başçılıq edən italiyalı mütəxəssis İngiltərədə komanda axtardığını bildirib: "Orada məşqçilik etmək mənim arzumdur. Uzun müddətdir, bu xəyalımı gerçəkləşdirmək istəyirəm. Agentlərimlə birlikdə mənim ümün ən yaxşısını tapmağa çalışırıq. Məni müqavilə yox, layihənin özü maraqlandırır. Bunun hansı liqa olmasının heç bir əhəmiyyəti yoxdur".

O, futbolçu kimi 2000-2002-ci illərdə formasını geyindiyi "Bredford"a baş məşqçi kimi qayıtmaq istədiyini gizlətməyib: "2002-ci ildə klub müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin vaxt mənə verilən evdən, avtomobildən və 2,4 milyon funt sterlinqdən imtina edərək, kluba dəstək olmağa çalışdım. Çünki bu komanda və azarkeşləri mənim üçün doğmadır".

Qeyd edək ki, Benito Karbone 2020 - 2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.




Baxış sayı: 166



OXŞAR XƏBƏRLƏR