QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 11:54
Atletlər Komissiyasının növbəti görüşü keçirilib
Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının növbəti görüşü baş tutub.

Qurumdan "Qalanews"a verilən məlumata görə, toplantıda idmançı və məşqçi münasibətləri müzakirə olunub, mütəxəssislər üçün psixoloji testlərin təşkili, qarşılıqlı davranış qaydalarının yaradılması haqqında danışılıb, idmana yeni başlayan yeniyetmə və gənclərə qayğı göstərilməsinin vacibliyi də qeyd edilib.

Komissiya heyətinin təklifi ilə məşqçilərin qeydiyyatının aparılacağı yeni bir veb saytın yaradılması haqqında fikir mübadiləsi aparılıb. Saytda qeydiyyatdan keçən mütəxəssislərin sertifikatlaşdırılmasının aparılması da nəzərdə tutulur. Məqsəd gələcəkdə valideynlərin övladları üçün idman növünə uyğun peşəkar məşqçilər seçməkdir.

Qeyd edək ki, görüşdə MOK-un idman idarəsinin direktoru Həsənağa Rzayev, Beynəlxalq Proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov, Komissiyanın sədri Rüstəm Orucov (cüdo), komissiyanın katibi Fəridə Əzizova (taekvando), üzvləri Kamran Şahsuvarlı (boks) və Fatimə Əlkərəmova (üzgüçülük) iştirak ediblər.




Baxış sayı: 161



OXŞAR XƏBƏRLƏR