QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Jun 2023, 18:03
Azərbaycan millisinin qapıçısı: "İki rəqibdən daha çox ehtiyat edirəm"
Qazaxıstan və Niderland yığmalarından daha çox ehtiyat edirəm".

"Qalanews"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkü barədə danışarkən deyib.

Qolkiper digər rəqib Rumıniya kollektivini də siyahıdan silmədiyini bildirib: “Normal qrupa düşmüşük. Rəsmi oyunlar öncəsi yaxşı hazırlıq keçməli, bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Zəif komanda yoxdur. Yarışa 48 yığma ilə başlanılıb, hazırda 20 milli mübarizəni davam etdirir. Ona görə hər birinə hörmətlə yanaşmalıyıq. Elə qrupda yer almışıq ki, sanki güclər bir-birinə yaxındır. Yəni hər bir iştirakçı digərindən xal ala bilər. Hər bir komanda rəqibini doğma meydanda qəbul edəcək. Bu isə meydan sahibi olacaq milliyə əlavə üstünlük verəcək".

Kürdov karyerasında ikinci dəfə mundialın final mərhələsində iştirakı arzuladığını söyləyib: "Futzal adına ən mötəbər turnirdir. Hazırlıq mərhələsindən çox şey asılıdır. Bu prosesi yaxşı keçirsək, qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. AFFA hər zaman milliyə diqqət ayırıb, yaxşı şərait yaradıb. Bu dəfə də belə olacağına inanıram".




Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR