QALA NEWS

14 Oktyabr Bazar ertəsi

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 08 Jun 2023, 11:55
Bunker müəllimi kimlərdir? – Sizi də aldada bilərlər
Azərbaycanda bunker ifadəsi 1994-2002-ci illərdə formalaşıb. Həmin vaxtlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul keçirərkən imtahan üçün test tapşırıqlarının hazırlanması məqsədilə xüsusi və təhlükəsizliyi yüksək səviyyədə təmin olunmuş yerlər hazırlayırdı. Müxtəlif ixtisaslar üzrə müəllimlər bunkerə cəlb olunurdu. Əvəllər test bankı olmadığı üçün bunker sistetmindəki müəllimlər öncədən hansı sualların yazılmalı olduğunu seçirdilər. İnternet resursları isə demək olar ki, yox idi. Bunker müəllimi olan şəxslər TQDK ilə işləyir, test tapşıqılarının hazırlanmasında birbaşa rola malik idi.

2002-ci ildən etibarən isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test bankını çap etdi. Beləliklə TQDK özünün böyük və zəngin test bankını formalaşdırmağı bacardı. Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək onların səlahiyyələri Dövlət İmtahan Mərkəzinə (DİM) verildi. Məhz 2016-ci ildə DİM-in yaradılmasından sonra sualların tərtibi, yoxlanılması və qorunması tamamilə fərqli aspektdə həyata keçirilir.

Hansı müəllimlər bunkerə dəvət olunur?

Dövlət İmtahan Mərkəzi imtahana 6 gün qalmış DİM-in seminarlarında, test tapşırıqlarının yazılmasında iştirak etmiş müəllimlərə dəvət göndərir. Bu dəvəti qəbul etmiş müəllim DİM-in inzibati binasına gəlirlər. Binada müəllimlər onlar üçün xüsusi hazırlanmış otaqlara daxil olurlar. Müəllimlərin daxil olduğu bu otaqlar məhz bunker adlanır. Bunkerə daxil olan müəllimlər müəyyən müddət ətrafla heç bir rabitə yarada bilmir və yalnız imtahan sualları ilə bağlı məşğul olurlar. Bundan sonra həmin müəllimlər kompüterin seçdiyi sualları mövzular və siniflər üzrə uyğunlaşdıraraq bərabər paylanmasını təmin edirlər. Müəllimlər əvvəlcədən hansı sualların çıxacağını bilmir, suallarda isə istədikləri dəyişiklikləri edə bilmirlər. Nəticə etibarilə 20-30 minlik test bankından 120 sual seçilir.

Bunkerə dəvət olunmaq hər müəllimə nəsib olmur. Bunun üçün müəllimlərin savadı, xüsusi bacarığı və elmi nəaliyyətləri gərəkdir. Ən azı 3 il DİM-lə mütəmadi olaraq işləyən, testlər yazan, dərsliklərin qiymətləndirilməsində iştirak edən, müəllim kimi nəticələri yaxşı olan mütəxəssislər bunkerə dəvət olunurlar. Bu müəllimlərin kimliyi ilə bağlı ətrafa məlumat sızdırılmamasına da xüsusi diqqət yetirilir. Bunkerə daxil olan müəllimlər də öhdəlik götürürlər ki, bazada olan sulların kənara sızdırılmasına yol verməyəcəklər. Əks təqdirdə onların məsuliyyətə cəlb olunmaq təhlükəsi var. Bir sözlə, Dövlət İmtahan Mərkəzi bu seçimləri ciddi və obyektiv şəkildə həyata keçirir.

“Bunker müəllimi” adı ilə valideynləri necə aldadırlar?

Əfsuslar olsun ki, hər sahədə olduğu kimi, təhsil sahəsində də bəzi sui-istifadələr, insanların aldadılması halları baş verir. Belə hallardan biri də “bunker müəllimi” adı alında baş verir. Müəyyən işbazlar tərəfindən belə bir fikir formalaşdırılıb ki, sanki bunker müəllimi imtahanda hansı sualların düşəcəyini əvvəlcədən bilir, buna aldanan valideyn və abituriyentlər isə həmin şəxslərin repetitor xidmətindən istifadə edirlər. Yəni özünü bunker müəllimi kimi təqdim edən işbazlar bir və iki müddətinə abituriyentləri ali təhsil ocaqlarına girəcəklərinə əmin edir, imtahanda düşəcək suallarla əvvəlcədən onları tanış edəcəklərini bildirir və nəticədə yeniyetmələrin savadını əlindən almaqla yanaşı, onların universitetə daxil olmaq arzusunu da ürəyində qoyur.

Məlumat üçün bildirək ki, 2018-ci ildən etibarən bunker müəllimi anlayışı artıq keçmişdə qalıb. 2019-cu ildən yeni qaydada kurikulum əsasında qəbul imtahanları keçirilir. İmtahan suallarının yazılması, yığılması öncədən baş verir və bu suallarıməhz avtomatlaşdırılmış sistem əsasında seçilir. Ona görə, hansısa şəxsin özünü bunker müəllimi kimi təqdim edərək hansı sualların imtahanda düşəcəyini deməsi reallığı əks etdirmir və insanları aldatmaq məqsədi daşıyır.

Buna görə, valideyn və abituriyentlər heç bir halda bunker müəllimi bazarının qurbanı olmamalıdır. Reallıqda bunker müəllimləri mövcud olsa da onların imtahan suallarını kənar şəxslərlə paylaşmaq səlahiyyəti və imkanları olmadığından bu cür yalanlara inanmaq olmaz. Abituriyentlər öz təhsil və savadları üzərində çalışmalı, DİM-in jurnlalları vasitəsilə qəbul proqramı üzrə hazırlaşmalıdır. Bütün test banklarının hər biri, eyni zamanda qəbuldakı suallar məhz DİM-in siniflər üzrə test kitabçasından düşür. Artıq heç bir müəllim deyə bilməz ki, qəbulda hansı sulların düşəcəyi ona əvvəlcədən məlumdur. Heç bir müəllim qəbul imtahanı ilə hər hansı proqnoz verə bilməz ki, hansı suallar düşəcək.



Baxış sayı: 170



OXŞAR XƏBƏRLƏR