QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2023, 12:05
Dünyanın ən bahalı 100 futbolçusu bəlli olub
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunu açıqlayıb.

"Qalanews" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann qərarlaşıb.

23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib.

Braziliya yığmasının və İspaniyanın "Real Madrid" komandasının üzvü Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və "Arsenal"ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.

İlk "10-luq"da, həmçinin, Dortmund "Borussiya"sından ingiltərəli Cud Bellingem (190,2), "Real Madrid"dən braziliyalı Rodriqo (184,5), İspaniya "Barselona"sından Pedri (178) və Qavi (174,1), Almaniya "Bavariya"sından Camal Musiala (170,2), "Mançester Siti"dən Fil Foden (166,8), Fransa PSJ-sindən isə Kilian Mbappe (163,2) də var.



Baxış sayı: 170



OXŞAR XƏBƏRLƏR