QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jun 2023, 15:21
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Baş nazir Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Qalanews-a verilən xəbərə görə, fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı və Bankın Azərbaycan üzrə yeni Ölkə meneceri Stefani Stolmeysteri Baş nazirə təqdim edib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Eyni zamanda bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.



Baxış sayı: 155



OXŞAR XƏBƏRLƏR