QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jun 2023, 11:46
Sığorta sahəsində müstəqil ekspertlərin reyestri aparılacaq
Müstəqil ekspertlərin reyestri aparılacaq.

Qalanews xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni fəsil- 11-1. Müstəqil ekspertlər fəslində əksini tapıb.

Layihəyə əsasən, müstəqil ekspertlərin reyestri sahələr üzrə bu Qanuna uyğun olaraq aparılır.

Fiziki şəxs müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr), hüquqi şəxs isə onun əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr) üzrə müstəqil ekspertlərin reyestrinə daxil edilir.

Fiziki və hüquqi şəxslər aşağıdakı hallarda müstəqil ekspertlərin reyestrindən çıxarılırlar:

fiziki şəxs:

- öz ərizəsi ilə müraciət etdikdə;

-bu Qanun nəzərə alınmaqla, müstəqil ekspert sertifikatının müddəti bitdikdə və yenisini almadıqda;

-müstəqil ekspert fəaliyyəti ilə bağlı bu Qanunun tələblərinin pozulmasına görə bir il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda;

-məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

-bu Qanuna uyğun olaraq verilmiş təqdimat vaxtında və ya tam icra edilmədikdə;

- vəfat etdikdə;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

- müstəqil ekspert fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə, o cümlədən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

hüquqi şəxs:

- öz ərizəsi ilə müraciət etdikdə;

- bu Qanunun tələbləri pozulduqda;

- bu Qanunda göstərilən hallarda;

- müflis elan edildikdə və ya ləğv edildikdə.

Müstəqil ekspertlərin reyestrinə bir neçə sahə üzrə daxil edilmiş fiziki şəxs olan müstəqil ekspert bu Qanunauyğun olaraq müvafiq sahə üzrə yenidən sertifikat almadıqda həmin sahə üzrə reyestrdən çıxarılır.

Bu Qanunun tələbi nəzərə alınmaqla, hüquqi şəxs olan müstəqil ekspert müstəqil ekspert olan işçisinin əmək müqaviləsinə xitam verildikdən sonra 2 ay müddətində onu müvafiq sahə üzrə müstəqil ekspertlə əvəz etmədikdə (müvafiq sahə üzrə digər müstəqil ekspert olan işçisinin olduğu hallar istisna olmaqla), o, müvafiq sahə üzrə müstəqil ekspertlərin reyestrindən çıxarılır.

Bu Qanuna əsasən reyestrdən çıxarılmış müstəqil ekspert reyestrdən çıxarıldığı tarixdən müstəqil ekspert fəaliyyəti ilə məşğul ola və bir il ərzində təkrar reyestrə daxil edilə bilməz.



Baxış sayı: 147



OXŞAR XƏBƏRLƏR