QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jun 2023, 15:03
Sahil Babayev: Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir
“Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Nazirliyin potensialı buna kifayət etmir”.

Qalanews xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun üçün özəl tərəfdaşlarla əməkdaşlıq edilir: “Bu il 20 min işsiz şəxsə peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq”.

Nazir bildirib ki, sığınacaqlar sosial sifariş əsasında təyin edilir: “Özəl əsaslarla fəaliyyət göstərən 3 böyük sığınacaq var. Müqavilələr imzalanıb, növbəti il daha bir sığınacaq istifadəyə veriləcək”.



Baxış sayı: 152



OXŞAR XƏBƏRLƏR