QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2023, 11:31
Ukrayna Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandıra bilər
Ukrayna Ali Radasında Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandırmaq təklif olunub.

“Qalanews” “Sputnik Gürcüstan”a istinadın xəbər verir ki, müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında dərc edilib.

“Qanun layihəsinin məqsədinə çatmaq üçün Ukraynada rəsmi səviyyədə, rəsmi yazışmalarda və ünsiyyətdə, habelə kütləvi informasiya vasitələrində Gürcüstan əvəzinə rəsmi və tarixi adı – Sakartvelonun istifadəsinin tətbiqi təklif olunur. Müvafiq olaraq, gürcü xalqını (gürcüləri) kartvellər adlandırmaq”, - 9329 saylı qanun layihəsinin izahlı qeydində deyilir.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini yaxınlaşdıra, həmçinin ölkənin “ruslaşmış” adından qurtara bilər.

Qeyd edək ki, Sakartvelo Gürcüstanın tarixi adıdır.

2018-ci il mayın 3-dən Gürcüstanın orijinal adı – Sakartvelo Litva dilinə daxil edilib. Bununla da Litva Gürcüstana münasibətdə “Sakartvelo” adını istifadə edən ilk ölkə olub.



Baxış sayı: 145



OXŞAR XƏBƏRLƏR