QALA NEWS

17 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2023, 11:30
Ukrayna Almaniyadan “Taurus” qanadlı raketləri istəyib
Ukrayna Almaniya hökumətindən onu 500 km-ə qədər uçuş imkanı olan “Taurus” qanadlı raketləri ilə təmin etməyi xahiş edib.

“Qalanews” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Son günlərdə Ukrayna tərəfdən müvafiq sorğu daxil olub”, - Almaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib. Təfərrüatlar, o cümlədən Kiyevin neçə raket istəməsi barədə məlumat verilmir.

“Frankfurter Allgemeine Zeitung” qəzetinin mənbələri Ukrayna Prezidenti Volodimir Zelenskinin Berlinə səfəri zamanı kansler Olaf Şolts ilə “Taurus”un verilməsi məsələsini müzakirə etdiyini bildirib. Məlumata görə, Kiyev raketləri təcili olaraq əldə etmək istəyib.

Xatırladaq ki, “Taurus”un Ukraynaya verilməsinin zəruriliyini ilk dəfə mayın 23-də RND redaksiya birliyinə verdiyi müsahibədə Xristian Demokrat İttifaqının (XDİ) müdafiə məsələləri üzrə eksperti Roderix Kizevetter söyləyib. O, Ukraynanın tərəfdaşlarının indi vabanka getməli və müxtəlif silah növlərdən eyni vaxtda istifadə ilə döyüş aparmaq üçün beynəlxalq hüquq baxımından icazə verilən hər şeyi Ukraynaya verməli olduğunu söyləyib. R.Kizevetterin fikrincə, 400-500 km-ə qədər mənzilə malik “Taurus” qanadlı raketləri də öz növbəsində Almaniyanın çox faydalı töhfəsi olardı.

Qeyd edək ki, 10 il əvvəl Bundesver üçün 600-ə yaxın “Taurus” raketi alınıb ki, onlardan da 150-yə yaxını istismara hazır vəziyyətdədir. “Taurus” artıq Ukraynaya çatdırılan Britaniyanın “Storm Shadow” raketlərinin analoqu hesab olunur.



Baxış sayı: 156



OXŞAR XƏBƏRLƏR