QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2023, 11:29
Rusiya XİN: “Akkuyu” AES layihəsi vaxtında həyata keçiriləcək”
“Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisi layihəsi tələb olunan keyfiyyət standartlarına uyğun və vaxtında həyata keçiriləcək.

“Qalanews” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Avropa departamentinin direktoru Yuri Pilipson bildirib.

Onun sözlərinə görə, dörd enerji blokunun tikintisi bütün zəruri təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yüksək sürətlə aparılır.

“Rusiyanın ixtisaslaşmış strukturları istənilən mürəkkəblikdə olan problemlərin həllində zəngin təcrübəyə malikdirlər, maraqlarımızı pozmaq cəhdlərinə adekvat cavab vermək üçün “nüvəçilər”in istedadı, bacarıqları və ixtisasları ilə birləşən zəruri səriştələrə malikdirlər. Şübhə yoxdur ki, “Akkuyu” AES layihəsi bütün tələb olunan keyfiyyət, fiziki təhlükəsizlik standartlarına uyğun və vaxtında həyata keçiriləcək”, - o deyib.

Qeyd edək ki, istismara verildikdən sonra AES ildə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da ölkənin ümumi enerji tələbatının 10 faizini ödəyəcək.



Baxış sayı: 156



OXŞAR XƏBƏRLƏR