QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 11:46
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
27-29 may tarixlərində Bakı şəhərində hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işləri aparılacaq. Bununla əlaqədar olaraq işlərin aparılacağı ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Qalanews”ə verilən məlumata görə, təmir işlərinin isə Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsğərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Bakı Dairəvi avtomobil yolu (Binə ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılması nəzərdə tutulur.

Tunellərin və yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində aparılması nəzərədə tutulur.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən küçə və prospektlərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.



Baxış sayı: 150



OXŞAR XƏBƏRLƏR