QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2023, 11:30
Nizamidə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi
Nizami rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda ziyalılarla görüş keçirilib.

“Qalanews” xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və 201 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda 25 may 2023-cü il tarixində Milli Məclisin deputatları Sədaqət Vəliyevanın, Könül Nurullayevanın, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova ilə görüş keçirilib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbi, hər anı qızıl hərflərlə yazılmış şanlı tarixdir.

Görüşün sonunda 201 nömrəli tam orta məktəbin kollektivinin hazırladığı “Dünənim, bu günümsən - səninlədir gələcək!..” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.




Baxış sayı: 166



OXŞAR XƏBƏRLƏR