QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 17:15
Agentlik: Növbəti illərdə külək enerjisi ilə işləyən turbinlərin təmiri və istismarı üzrə mütəxəssislər hazırlayacağıq
Peşə təhsili üzrə ixtisasların təsnifatında müəyyən dəyişiklik edilməsi nəzərdə tutulur. Bununla bağlı artıq layihə təklifi hazırlamışıq.

Bunu Qalanews-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, digər dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə göndəriləcək:

“Bura bir çox yeni ixtisaslar daxildir. Digər tərəfdən, bir sıra ixtisaslar da var ki, biz artıq onlara tələbə qəbulu aparmırıq. Məsələn, əvvəllər çox geniş yayılan kassir ixtisası var idi. Artıq o ixtisası demək olar heç bir müəssisəmizdə tədris etmirik. Bir çox ixtisaslar var ki, onların forması dəyişib. İndi də aktual olan dərzi ixtisasına biz qəbulu moda-dizaynerlik ixtisası formasında aparırıq. Fikrimcə yenə də bəzi ixtisasların sıradan çıxma ehtimalı get-gedə artır. Deyilənlər budur ki, növbəti 20 il ərzində mövcud ixtisasların yarıya qədəri sıradan çıxa bilər. Avtomatlaşdırılmanın tətbiq olunması, süni intellektin imkanlarının genişlənməsini nəzərə alanda bu, qaçılmazdır. Bir neçə il əvvəl bizdə 200-ə yaxın ixtisas var idisə, keçən il qəbul aparılması üçün cəmi 129 ixtisas vermişdik. Bu o demək deyil ki, tendensiya azalacaq. Amma bəzi ixtisaslar çıxarılır və yeniləri əlavə edilir”.

O qeyd edib ki, İT, kənd təsərrüfatı sahəsində olan ixtisaslarda artım olacağı gözlənilir:

”Bildiyiniz kimi, yaşıl enerjiyə keçidin təmin edilməsi ölkəmizin əsas prioritetlərin biridir. Ona görə, gələn ildən biz günəş enerji panellərinin quraşdırılması üzrə texnik ixtisasını təqdim etmək istəyirik. Bir çox şirkətlərdən bizə bu ixtisas sahiblərinə ehtiyac olduğuna dair müraciətlər daxil olur. Yəqin ki, növbəti illərdə külək enerjisi ilə işləyən turbinlərin təmiri və istismarı üzrə mütəxəssislər hazırlayacağıq”.



Baxış sayı: 140



OXŞAR XƏBƏRLƏR