QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 17:06
“Rəis öz iş yerindədir!” - Həyat yoldaşının təyinatından yazdı
Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko həyat yoldaşı – Azərbaycanın Xalq artisti Yusif Eyvazovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunması ilə bağlı instaqram hesabında paylaşım edib.

“Qalanews” xəbər verir ki, Netrebko paylaşımında yazıb:

“Rəis öz iş yerindədir! Belə bir teatrı idarə etmək böyük məsuliyyətdir! Bilirəm ki, bacaracaqsan. Sənin inanılmaz enerjin, iradən, dürüstlüyün və ən əsası - ölkən üçün vacib bir iş görmək istəyin. Tezliklə burada sənət məbədi olacaq”.

Xatırladaq ki, aprelin 7-də Y. Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A. Netrebko hazırda Bakıdadır və 719 minə yaxın instaqram izləyicisini Azərbaycanın paxtaxtı və mədəniyyəti ilə tanış edir.  



Baxış sayı: 129



OXŞAR XƏBƏRLƏR