QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 15:19
Şəkidə zəhərlənmə baş verən məktəbdə dərslər dayandırılıb
Şəki rayonunun Qudula kənd orta məktəbindən götürülmüş müvafiq nümunələrdən müsbət cavab alınanadək məktəbdə dərs keçirilməyəcək.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Qalanews-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, məktəbdə dərmanlanma işlərini Elm və Təhsil Nazirliyi ilə imzalanmış müqavilə əsasında “Ecomedi” şirkəti həyata keçirib. Bildirilib ki, məktəbdən müvafiq nümunələr götürülüb və müsbət cavab gələnədək dərslər keçirilməyəcək.

“Keçirilməyən dərslər istirahət günlərində əvəzlənəcək”, - deyə təhsil idarəsində bildirilib.



Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR