QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 11:12
Gürcüstanlı qapıçını "Atletiko" və "Vilyarreal" istəyir
“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili mövsümün sonunda komandasını dəyişə bilər.

Qalanews.az saytı xəbər verir ki, 22 yaşlı qolkiper "Tottenhem", "Aston Villa", "Atletiko", "Vilyarreal" və "Portu"nun maraq dairəsinə düşüb.

İspaniya klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan Gürcüstan millisinin qolkiperinin sərbəst qalma məbləği 100 milyon avrodur. “Valensiya” futbolçunu daha ucuz qiymətə satmağa razı olsa da, Mamardaşvili komandada qalaraq əsas heyətdə möhkəmlənmək istəyir.

Qeyd edək ki, La Liqada mövsümün 35 matçında meydana çıxan Georgi 7 oyunda qapısını təmiz saxlaya bilib.



Baxış sayı: 144



OXŞAR XƏBƏRLƏR