QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 11:11
Naxçıvanda 50-dən artıq evdən suçəkmə işləri aparıldı
Xəbər verildiyi kimi, Naxçıvan şəhəri və Babək rayonunda yağan intensiv yağışlar səbəbindən bəzi fərdi ev, bina və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumatlar əsasında Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

“Qalanews” xəbər verir ki, görülmüş işlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Belə ki, Naxçıvan şəhəri və Babək rayonunda ümumilikdə 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb.

Qeyd edək ki, suçəkmə işlərinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 223 nəfərdən ibarət şəxsi heyəti, 16 texnika, 15 motopompa və 6 nasos cəlb olunub.



Baxış sayı: 127



OXŞAR XƏBƏRLƏR