QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2023, 11:08
Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu baş tutacaq
Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının üçüncü oyunu keçiriləcək.

"Qalanews" xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

İlk görüşdə paytaxt təmsilçisi, ikinci qarşılaşmada isə gəncəlilər qələbə qazanıb. Hazırda seriyada hesab bərabərdir - 1:1.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.



Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR