QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 May 2023, 18:18
Naxçıvan Səhiyyə Nazirliyində yeni təyinat
Naxçıvan Səhiyyə Nazirliyinə Aparat rəhbəri təyin olunub.

“Qalanews” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Vüsal Ələkbər oğlu nazirliyin Aparat rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Vüsal Məmmədov buna qədər Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, “Naxçıvansığorta” ASC-nin İdarə Heyətinin üzvü, Naxçıvan Gənclər və İdman Nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.




Baxış sayı: 150



OXŞAR XƏBƏRLƏR