QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 May 2023, 16:30
Ceff Bezos ikinci dəfə evlənir
Dünyanın ən varlı adamı və “Amazon”un yaradıcısı Ceff Bezos ikinci dəfə evlənir. 

“Qalanews” xəbər verir ki, o, jurnalist sevgilisi Lauren Sançezə yeni yaxtasında gəzinti zamanı evlilik təklifi edib.

Məlumata görə, Bezos ona brilyant qaşlı üzük hədiyyə edib.

Qeyd edək ki, Bezos daha əvvəl Makkenzi Skottla evli olub. Onların 25 illik evliliyindən dörd övladı dünyaya gəlib. Ayrılığa səbəb Bezosun ona L. Sançezlə xəyanət etməsi olub. 

Boşandıqdan sonra Bezos keçmiş xanımına “Amazon” səhmlərinin bir hissəsini verib, bu da Skottu dünyanın ən zəngin qadınlarından biri edib.

L. Sançez isə iki dəfə ailəli olub. Onun üç övladı var.



Baxış sayı: 139



OXŞAR XƏBƏRLƏR