QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 May 2023, 11:57
Kannda üstünə “qan” tökdü
Ukraynalı bloqer İlona Çernobay Kann kinofestivalında Ukraynaya dəstək aksiyası keçirib.

“Qalanews” xəbər verir ki, o, sözügedən görüntüləri instaqram səhifəsində paylaşıb.

Belə ki, İ. Çernobay festivalın qırmızı xalısına Ukrayna bayrağının rənglərində olan libasda çıxıb, qonaqların və jurnalistlərin qarşısında üstünə qırmızı boya töküb.

“Öz missiyamı yerinə yetirə bildim. İnsanlar bizi unutmamalıdır! Aksiya Ukraynanın işğal olunmuş əraziləri və orada yaşayan insanlara, bütün ukraynanılara dəstək məqsədilə idi”, - bloqer sosial media hesabında yazıb.

İ. Çernobay qeyd edib ki, Kann kinofestivalı və digər tədbirlərə girişi qadağan olunub: “Amma dəyərdi. Özümlə fəxr edirəm ki, bacardım! Baxmayaraq ki, həm də çox qorxulu idi!”

Qeyd edək ki, Ukraynaya dəstək aksiyası keçirən bloqer festivalın mühafizəçiləri tərəfindən qırmızı xalıdan kənarlaşdırılıb.   




Baxış sayı: 151



OXŞAR XƏBƏRLƏR