QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 May 2023, 17:48
Spaletti “Napoli”dən ayrılmaq istəyir
Luçano Spaletti “Napoli”dən ayrılmaq istəyir.

Qalanews saytı xəbər verir ki, italiyalı mütəxəssis A seriyasında "İnter" üzərində qələbədən (3:1) sonra mətbuat konfransında mümkün gedişinə münasibət bildirib.

64 yaşlı məşqçinin sözlərinə görə, səhərdən axşama kimi işləyəndə bəzi fikirlər yaranır: “Bu insanlara layiq olan hər şeyi verə biləcəyinizə əmin deyilsinizsə, bu barədə düşünmək lazımdır. Hər şeyi götür-qoy edib bir nəticəyə gəlməliyəm. Yəqin ki yaxın günlərdə son qərarımı açıqlayacam”.

Qeyd edək ki, 2021-ci ildən “Napoli”nin baş məşqçisi olan Spalettinin komanda ilə 2024-cü ilin yayına kimi müqaviləsi var.



Baxış sayı: 137



OXŞAR XƏBƏRLƏR