QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 May 2023, 11:31
Qabiliyyət imtahanı verəcək şəxslərin nəzərinə!
Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün nəşr edilən qabiliyyət imtahanlarının Təsviri sənət, Memarlıq, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap edilib.

Bu barədə Qalanews-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışlarında ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Xüsusi buraxılışda həmçinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında da məlumat verilib.

Yaxın günlərdə “Bədən tərbiyyəsi və idman” istiqaməti üzrə abituriyentlərin qeydiyyatı elan ediləcək və müvafiq olaraq həmin istiqamət üzrə də xüsusi buraxılış ictimaiyyətə təqdim ediləcək.

Xüsusi buraxılışları “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.




Baxış sayı: 136



OXŞAR XƏBƏRLƏR