QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 May 2023, 17:40
Anatoli Nosatıy: “Moldova öz ərazisini qorumağa hazırdır”
"Moldova öz ərazisini qorumağa hazırdır".

Bunu "Qalanews"un Şərqi Avropa bürosuna müsahibəsində Moldova müdafiə naziri Anatoli Nosatıy bildirib.

Onun sözlərinə görə, əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri mümkün vasitələrlə ölkəsini qoruyacaq:

“Ukrayna Rusiyaya Nikolayev və Odessa istiqamətində irəliləməyə. həmçinin Odessa yaxınlığında dəniz əməliyyatı keçirməyə imkan verməz. Amma hər halda Moldova öz ərazisini qorumağa hazırdır. Əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri, digər orqanlarımız, vətəndaşlarımız bütün mümkün vasitələrlə ölkəsini qoruyacaq”.

Nazir vurğulayıb ki, belə olan halda lazım olan dəstək də göstəriləcək:

“Tərəfdaşlarımızın da dediyi kimi, ən pis ssenaridə bizə bütün vasitələrlə dəstək veriləcək. Lakin bu, o demək deyil ki, biz gözləməliyik. Biz təlimlər keçirik, modernizasiya və transformasiya planlarını həyata keçiririk və çalışırıq ki, istənilən bütün ssenarilərə hazır olaq”.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.



Baxış sayı: 156



OXŞAR XƏBƏRLƏR