QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 May 2023, 10:59
Bakıda “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” forumu keçirilir
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forum başlayıb.

"Qalanews" xəbər verir ki, forumun məqsədi daxili və xarici keyfiyyət təminatı, tədris və təlimdə keyfiyyətin təmin edilməsi, ali təhsil müəssisələrində tədqiqat potensialının inkişafı məsələlərini müzakirə etməkdir.

İki gün davam edəcək Forumun ilk günündə keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq və milli təşkilatlarının (EQAR, CEENQA, INQAAHE, NVAO) rəhbərlərinin iştirakı ilə panel müzakirələr, ikinci gün isə ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən seminarlar keçiriləcək.

Tədbirin rəsmi hissəsində TKTA-nin İdarə Heyətinin sədri Ülkər Səttarova, Elm və Təhsil Nazirinin müavini İdris İsayev, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin direktoru Maqali Sonen, Sloveniya Keyfiyyət Təminatı Agentliyinin direktoru, Mərkəzi və Şərqi Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin Prezidenti- Dr. Frensi Demsar, Rumıniya Keyfiyyət Təminatı Agentliyinin baş direktoru Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyasının vitse-prezidenti Daniyela Kristina çıxış edəcəklər.




Baxış sayı: 137



OXŞAR XƏBƏRLƏR